Bakı. Trend:
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1"yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binasında başverən yanğınla əlaqədər Baş Prokurorluğun Kriminalistika vəinformasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindənaidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə HallarNazirliyinin əməkdaşları ilə birgə hadisə yeri müayinə olunur vədigər zəruri prosessual hərəkətlər icra edilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə bildirilib ki, Yanğının baş verməsəbəbinin müəyyən olunması məqsədilə müvafiq istintaq hərəkətlərikeçirilməklə ekspertizalar təyin olunub.
Hadisə nəticəsində əmələ gələn tüstüdən 4 nəfər (onlardan 2-siazyaşlıdır) boğularaq ölüb.
Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiyatexnologiyaları idarəsində araşdırma aparılır.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.