Rusiyanın Vladiqafqaz (Beslan), Qroznı (Severnı) və Maqas hava limanlarında təyyarələrin eniş və qalxmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Editor.az xəbər verir ki, bu barədə “Rosaviasiya”nın sözçüsü Artem Korenyako yelegram kanalında məlumat yayıb.
Onun sözlərinə görə, uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görülüb.
Bundan əvvəl, dekabrın 5-nə keçən gecə Krasnodar (Paşkovski) hava limanında da eniş və qalxmalara müvəqqəti məhdudiyyətlər qoyulmuşdu.
Qeyd edək ki, “Xalça” planı hava məkanının bütün təyyarələr üçün qapadılması, havada olan bütün avia vasitələrinin təcili enməsi və ya müəyyən olunmuş əraziyə yönləndirilməsi ilə bağlı göstərişdir. Bu plan qəfil hava şəraiti dəyişiklikləri, xarici dövlətə məxsus təyyarələrin hava məkanını pozması və ya dron hücumları kimi təhlükə yaradan hallarda aktivləşdirilir.
// Gülnarə Abasova, Editor.az