AZ

Çernobılda sensasion kəşf: Radiasiya ilə “qidalanan” göbələk kosmik müdafiəni dəyişə bilər

Musavat.com xəbər verir ki, Çernobıl Atom Elektrik Stansiyasının ərazisində alimlər nadir xüsusiyyətə malik Cladosporium sphaerospermum adlı göbələk aşkarlayıblar.

Tədqiqatlar göstərib ki, bu orqanizm radiasiya təsiri altında daha sürətlə inkişaf edir və zərərli şüalanmanı qismən udaraq onu enerji mənbəyinə çevirə bilir. Bu unikal qabiliyyət göbələyin tərkibindəki melaninin yüksək miqdarı ilə bağlıdır.

Maraqlıdır ki, həmin göbələk Beynəlxalq Kosmik Stansiyada sınaqdan keçirilib və Yer şəraitinə nisbətən 20% daha intensiv böyümə nümayiş etdirib. Yəni kosmik radiasiya onun inkişafı üçün daha əlverişli mühit yaradır. 

Alimlər hesab edir ki, bu xüsusiyyət gələcək kosmik missiyalarda inqilabi dəyişikliklərə yol aça bilər. Radiasiyanı udma qabiliyyəti sayəsində belə göbələklər "canlı bioloji müdafiə qalxanı" kimi çıxış edə bilər.

Onların üstünlükləri isə xüsusilə diqqət çəkir:

ucuzdur,

son dərəcə yüngüldür,

özünü bərpa edə bilir,

kosmosda böyüdülərək konstruksiyaya çevrilə bilər.

Mütəxəssislərin fikrincə, gələcəkdə Ay və Marsdakı yaşayış bazalarında ağır metal panellərin əvəzinə belə göbələklərdən hazırlanmış "canlı divarlar" istifadə oluna bilər.

Bu kəşf kosmosda radiasiyadan qorunmanın tamamilə yeni mərhələsinin başlaya biləcəyi ehtimalını gücləndirir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
139
olaylar.az

1Mənbələr