Ümumi praktika həkimi Filippa Key alkoqola meyli azaltmağın gözlənilməz bir üsulunu açıqlayıb.
Redaktor.az xəbər verir ki, onun məsləhəti "Daily Mail" tərəfindən dərc edilib.
Kömək üçün Key-ə müraciət edən oxucu qadın spirtli içkiyə aludə olması ilə bağlı narahatlığını ifadə edib. Onun sözlərinə görə, o, hər gün azı bir butulka şərab içir və Yeni il tətili günlərində nəzarəti tamamilə itirəcəyindən ciddi şəkildə qorxur.
Cavabında Key bildirib ki, oxucunun bayram günlərində içkini tamamilə dayandırması çox çətin olacaq. Lakin həkim bunun dərhal edilməsinin də vacib olmadığını deyib. O izah edib ki, alkoqol asılılığı zamanı birdən-birə tam imtina etmək halüsinasiyalarla müşayiət olunan “sındırma” simptomlarına və çox yüksək təzyiqə səbəb ola bilər.
“Məqsəd alkoqolu dərhal və tamamilə kəsmək yox, sadəcə onun istehlakını azaltmaq olmalıdır”, - deyə Key vurğulayıb.
Həkimin sözlərinə görə, bu prosesdə xüsusi mobil tətbiqlər kömək edə bilər. Belə ki, həmin tətbiqlərdə gün ərzində içilən spirtli içkilərin miqdarını qeyd etmək lazımdır. Bu üsul insanın nə qədər içdiyini görməsinə və tədricən azaltmasına şərait yaradır.
Aytəkin TOFİQQIZI