ain.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.
Amerikalı milyarder, iş adamı Mark Zukerberq gözlənilməz jesti ilə onu tanıyan hər kəsi təəccübləndirib.
Reyting.az xəbər verir ki, bu barədə "OpenAI" şirkətinin mütəxəssisi və süni intellekt laboratoriyasının tədqiqat rəhbəri vəzifəsini icra edən mühəndis Mark Çen danışıb.
Onun sözlərinə görə, şirkət rəhbəri "OpenAI"-da işləyən istedadlı bir mühəndisi "Meta"-ya keçirmək məqsədilə ona evində şəxsən bişirdiyi şorba gətirib. Çen deyib ki, əvvəlcə bunu "şokedici" hesab etsə də, sonradan özü də "Meta" şirkətinin bir əməkdaşını "OpenAI"-a cəlb etmək üçün eyni üsulu təkrarlayıb.
Çen əlavə edib ki, "Meta" artıq çox aktiv şəkildə "OpenAI" tədqiqatçılarını, həmçinin mühəndislərini ələ keçirməyə çalışır. Çen xüsusi vurğulayıb ki, bu, eyni zamanda "OpenAI" şirkətinin süni intellekt texnologiyası sahəsində yetərincə böyük uğurlar qazanmasının və liderliyinin sübutudur.
İş adamı Sem Altman dəfələrlə deyib ki, "Meta" şirkəti ən böyük rəqibi hesab etdiyi "OpenAI"-ın şirkətdə seçilən mühəndislərinə əməkdaşlıq müqabilində 100 milyon dollara qədər bonuslar təklif edib. Müxtəlif nəticələr də olub və bütün bunlarla yanaşı, sonradan "ChatGPT"-ni yaradanlardan biri olan Şençzya Çjao amerikalı iş adamı Mark Zukerberqə məxsus "Meta" şirkətinin süperintellekt bölməsinə keçib.
Çen qeyd edib ki, "Meta" onların komandasının "yarısını" götürməyə cəhd etsə də, əslində, uğur əldə edə bilməyib. "OpenAI" mühəndisinin fikrincə, ümumiyyətlə, "Meta" şirkətinin narahatlığına əsas var, çünki süni intellekt texnologiyaları sahəsində yüksək səviyyəli mütəxəssislərin çox az olduğunu Zukerberq də bilir. Çen bu mövzu ilə bağlı "Databricks" süni intellekt texnologiyaları şirkətinin eks-prezidenti, mütəxəssis Navin Raonun "belə mütəxəssislər indi çox azdır, onları tapmaq sanki nadir Lebron Ceymsi axtarmağa bənzəyir",- deyiminin "OpenAI" əməkdaşlarına şamil edilə biləcəyini xüsusi vurğulayıb.
Oqtay QORÇU
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.