AZ

Birmarket istifadəçiləri səhv məhsul və gecikmiş geri qaytarma ilə qarşı-qarşıyadır

Cavadzadə İlkin adlı istifadəçi Birmarket-dən aldığı xidmətlə bağlı narazılığını bölüşüb. AzPost bildirir ki, İlkin avtomobil üçün sifariş etdiyi açarın yerinə başqa modelin açarının göndərildiyini və geri qaytarma prosesində ciddi gecikmələrlə üzləşdiyini bildirib.

İlkinin sözlərinə görə, əvvəl 24 saat olaraq təyin edilmiş geri qaytarma müddəti 72 saata, daha sonra isə 90 saata qədər uzanıb. Call center əməkdaşları isə məsələni həll edə bilmədiklərini bildiriblər.

“Mənim əlimdə qəbzi olan istifadə edilməmiş əşya üçün qanun onu sorğusuz qaytarmağı mümkün edir, amma şirkət öz qaydalarını tətbiq edir. Call center yalnız şablon cavab verir və məsələləri yönləndirməklə kifayətlənir,” – deyə istifadəçi qeyd edib.

Həmçinin, İlkin rebranding sonrası premium xidmətlərin azalmasının müştəri məmnuniyyətinə mənfi təsir etdiyini bildirib. Onun fikrincə, zəif planlama, səhv məhsulların göndərilməsi və satıcı şəbəkəsi üzərində zəif nəzarət şirkətin bütün abunəçilərini itirməsinə səbəb ola bilər.

İstifadəçilər bildirirlər ki, Birmarket-in keyfiyyət və xidmət səviyyəsinin bərpası üçün geri qaytarma prosedurlarının sürətləndirilməsi və müştəri dəstəyinin təkmilləşdirilməsi vacibdir.

AzPost.az

Seçilən
67
azpost.info

1Mənbələr