Boçorişvili Tbilisinin münaqişənin sülh yolu ilə həllinə sadiqliyini vurğulayaraq, bu prosesdə Cenevrə danışıqlarının və beynəlxalq ictimaiyyətin dəstəyinin vacibliyini qeyd edib. O, həmçinin Rusiyanın 2008-ci il 12 avqust atəşkəs razılaşmasının öhdəliklərini yerinə yetirməsinin zəruriliyini xatırladıb.
Nazir Rusiyanın Ukraynaya qarşı təcavüzünün Gürcüstan üçün riskləri artırdığını, ölkənin kollektiv təhlükəsizlik çətiri altında olmadığını və demokratik institutlara qarşı dezinformasiya kampaniyalarının aparıldığını bildirib. O vurğulayıb ki, Gürcüstan suverenliyini qorumaq üçün demokratik institutlarının dayanıqlığını gücləndirməyə davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31