AZ

Çempionlar Liqası: "Araz-Naxçıvan" "qapını bərk çırpa biləcək"?

Azərbaycan çempuionu "Araz-Naxçıvan" bu gün futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununa çıxacaq. 

Fanat.Az xəbər verir ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda Portuqaliyada “Benfika” ilə qarşılaşacaq. 

Bakı vaxtı ilə saat 21:30-da başlayacaq matç Lissabondakı "Pavilhao Fidelidade" arenasında baş tutacaq. Matçı Serbiyadan olan hakimlər briqadası idarə edəcək. 

Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilmiş matçda Portuqaliya təmsilçisi 9:0 hesablı qələbə qazanıb. Başqa sözlə, görüş formal xarakterli hesab olunur. Ancaq Azərbaycan təmsilçisinin səfərdə müqavimətsiz təslim olmayacağına ümid etmək olar. Belə ki, "Araz-Naxçıvan" Bakıdakı ilk matçda 4 oyunçunun xidmətindən yararlana bilməmişdi. Valerio Giovanny, Aleks Teyxeyra və Karlos Bertuola sarı vərəqə cəzası, Alleks Rezende isə zədə səbəbindən görüşü tribunadan izləməli olmuşdu. Artıq legionerlər sıraya dönüblər.

Qeyd edək ki, iki oyunun nəticəsinə görə mərhələ adlayacaq komanda 1/4 finalda AEK (Yunanıstan) – “Sportinq” (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası
1/8 final, cavab oyunu
5 dekabr

21:30. “Benfika” (Portuqaliya) – “Araz-Naxçıvan” (Azərbaycan)
Hakimlər: Petar Radojcic, Nikola Rabrenoviç, Yasmina Mikoska (hamısı Serbiya).
Hakim-inspektor: Sven Eichler (Almaniya).
UEFA nümayəndəsi: Tai Regel Pundik (Danimarka).
Lissabon. "Pavilhao Fidelidade".
İlk oyun - 9:0

Seçilən
24
fanat.az

1Mənbələr