AZ

Lökbatanda yanğında ölən dörd nəfərdən üçü ANA VƏ ÖVLADLARIDIR – VİDEO

Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış kompleksi ərazisində yerləşən yaşayış binasında baş verən yanğın zamanı ölənlərdən üçü bir ailənin üzvü imiş.

Bizim.Media xəbər verir ki, bu barədə “Baku TV”yə hadisə şahidlərindən biri danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Lökbatanda DƏHŞƏTLİ YANĞIN – Dörd nəfər həyatını itirdi – VİDEO


"İki körpə uşaq və anaları ölüb, cavan gəlindir. Bir də Yusif dayı, yaşlı kişidir, doqquzuncu mərtəbədə yaşayırdı. Öz yoldaşım da zəhərlənib. Əlaqə saxladım indi, yaxşıdır. Əvvəl elə bildik uşaqların bayramda istifadə etdikləri pirotexniki vasitədir", - sakin bildirib.

Qeyd edək ki, bu gün Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış kompleksi ərazisində yerləşən yaşayış binasında yanğın baş verib.

Yanğın nəticəsində ümumi sahəsi 45 m² olan ikiotaqlı mənzilin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 13 m² sahədə yanıb. Yanğın zamanı 4 nəfər həyatını itirib, 4 nəfər isə müxtəlif xəsarətlər alıb.

Daha ətraflı videomaterialda:


Bizim.Media

Seçilən
16
3
bizim.media

10Mənbələr