“Mortal Kombat” filmində Şanq Tsunq obrazını canlandıran aktyor Keri-Hiroyuki Taqava dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, Hollivud aktyoru ABŞ-də 75 yaşında vəfat edib.
Məlumata görə, sənətçi dekabrın 4-də Santa Barbaradakı evində dünyasını dəyişib. Ölümün səbəbi insultdan yaranan ağırlaşmalar olub.