“Barselona”nın prezidenti Xuan Laporta növbəti dəfə seçkilərdə iştirak etməyi planlaşdırmadığını bildirib.
Publika.az xəbər verir ki, onun sözlərinə görə, seçkilərin dəqiq tarixi hələ bilinmir:
“İspaniya Kuboku və La Liqada komandanın çıxışına baxmaq lazımdır. Yeni prezidentin seçilməsi klub üçün stressdir, komandaya zərər vermək istəmirik. Prezidentlər iki müddət ardıcıl işləyə bilərlər, amma daha çox yox. Mən yenidən namizəd ola bilərdim, amma planlaşdırmıram. Bu, düzgün olmazdı”.
Onun prezidentlik müddəti 2027-ci ildə başa çatacaq. Laporta 63 yaşındadır və 2021-ci ildən bəri klubun prezidentidir. O, bundan əvvəl 2003–2010-cu illərdə də bu vəzifəni icra edib.