AZ

Qərbi Azərbaycan İcması 300 min qaçqının dinc və təhlükəsiz qayıdışı üçün beynəlxalq hüquqa əsaslanır

Bakı.Trend:

Qərbi Azərbaycan İcması son 200 ildə Ermənistan ərazisindənmərhələlərlə qovulan milyonlarla insanı və onların varislərinibirləşdirən ictimai təşkilatıq.

Trend xəbərverir ki, bu fikirləri bu gün Qərbi Azərbaycan İcması tərəfindən“Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmışazərbaycanlıların mədəni irsinin bərpası-ədalətə, barışığa və sülhəaparan yol kimi” mövzususunda lll Beynəlxalq Konfransda QərbiAzərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərov çıxışedərkən deyib.

O qeyd edib ki, İcmanın fəaliyyətinin əsas xəttini həmininsanların, xüsusilə də 1987-ci ildə başlayan Ermənistan-Azərbaycanmünaqişəsinin ilk mərhələsində öz doğma yurdlarından amansızşəkildə qovulan 300 min nəfər qaçqının öz evlərinə dinc, təhlükəsizvə ləyaqətli şəkildə qayıdışını təmin etmədir.

“Həm insan hüquqlarına, həm də beynəlxalq hüquqa əsaslananhaqlarının bərpasıdır. Buna görə də biz fəaliyyətimizdə beynəlxalqhüquqa söykənir, qayıdış hüququ ilə bağlı beynəlxalq sənədlərdətəsbit olunmuş prinsiplərin həyata keçirilməsini tələb edirik. Bizfəaliyyətimizi beynəlxalq hüquqlara əsaslanaraq aparırıq. Təəssüfki, Ermənistan bütün bu qanunsuz əməllərə görə beynəlxalqməsuliyyət daşımamaq üçün çalışır. Onların hərəkətləri bəşəricinayətdir. Buna görə dəfələrlə UNESCO-ya müraciət etmişik”, -Ə.Ələkbərov əlavə edib.

Seçilən
28
2
az.trend.az

3Mənbələr