
Pediatr Dr. Günay Rəsulova "ulusum.az"a bildirir ki, QOTURU TANIMAQ HƏYAT QURTARA BİLƏR!Pediatrın sözlərinə görə, valideynlər bəzən uşaqlarda olan səpgiləri yanlış olaraq allergiya və ya infeksiya kimi qiymətləndirərək antibiotik müalicəsinə başlayırlar. Halbuki bəzi hallarda səbəb QOTUR (scabies) olur.Dr. Günay Rəsulova xəbərdarlıq edir ki, aşağıdakı əlamətlər olduqda ilk ağıla qotur gəlməlidir: ✅ Evdə bir neçə nəfərdə qaşınan səpgilər varsa; ✅ Səpgilər yayılaraq genişlənirsə; ✅ Körpə və ya ailə üzvlərində yuxusuzluq, narahatlıq, qaşınma varsa.Qotur – gənə yolu ilə yayılan yoluxucu dəri xəstəliyidir və torpaqla təmas, ev heyvanları və ya yoluxmuş insan vasitəsilə keçə bilər.❗️Antibiotiklər bu xəstəliyə qarşı təsirsizdir. Düzgün diaqnoz və xüsusi müalicə vacibdir.Dr. Rəsulova əlavə edir ki, düzgün yanaşma və vaxtında müalicə həm uşağın, həm də ailənin sağlamlığını qorumaq baxımından mühüm rol oynayır.R.Daşdəmirova
Diqqət Çəkənlər
Azərbaycanda yeni mükafat TƏSİS EDİLƏCƏK - Məbləği 50 min manat olacaq
Bakıda iki gün LEYSAN OLACAQ - XƏBƏRDARLIQ
Ceyranbatan Su Anbarından Evlərimizə Gələn Su Necə Təmizlənir?