
Rusiya sosial media platforması "Snapchat"a ölkə daxilində girişi məhdudlaşdırıb.Missiya.Az xəbər verir ki, bu barədə Rusiya İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət üzrə Federal Agentliyi (Roskomnadzor) bildirib.
Məlumata görə, platforma “terror aktlarının təşkili və cinayətkarların cəlb olunması” məqsədilə istifadə edildiyi üçün bloklanıb.
Qeyd edək ki, son illərdə Rusiyada bir sıra sosial şəbəkələrə – Roblox, Facebook, X (Twitter), TikTok, YouTube və Instagram – giriş artıq məhdudlaşdırılıb.
Seyranə QuliyevaMissiya.Az