AZ

4 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı

Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış massivində yerləşən 9 mərtəbəli yaşayış binasında dörd nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı bəzi təfərrüatlar məlum olub.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, yanğının qazsızmadan baş verdiyi ehtimal edilir.

Məlumata görə, yanğın 7-ci mərtəbədə başlayıb, ölən şəxslər isə binanın 9-cu mərtəbəsində yaşayır. 3 nəfər bir ailənin üzvüdür, digər ölən şəxs isə qonşudur.

Qeyd edək ki, yanğın zamanı ümumi sahəsi 45 m² olan ikiotaqlı mənzilin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 13 m² sahədə yanıb, hadisə nəticəsində əmələ gələn tüstüdən 4 nəfər (onlardan 2-si azyaşlıdır) boğularaq ölüb.

Seçilən
40
3
publika.az

4Mənbələr