AZ

Xəzərlə bağlı  nə baş verir?- ABŞ səfiri "bizim Xəzər" ifadəsini işlətdi...-"SEPAH"-a bağlı kanaldan reaksiya?

"Müsahibələrinin birində Tom Barrak bildirib ki, Tramp administrasiyası Yunanıstan və Türkiyə arasında "körpü" rolunu oynamaq niyyətindədir",
 
Moderator.az xəbər verir ki, news.am-ın yaydığı məlumata görə, bu barədə İranın "SEPAH" qurumuna məxsus  @sepah_pasdaran_ru telegram-kanalı informasiya yayıb.
 
"O, regionda "siyasi müdaxilənin aradan qaldırılması" zərurətindən danışıb və "Xəzərdən Aralıq dənizinə formul"nu  xatıladib.
 
Barrak əlavə edib: "Bizim nəhəng faydalı qazıntı resursları olan Xəzər dənizi var" ki, onun sözlərinə görə, həmin ehtiyatlar  Yunanıstan və Türkiyədən keçərək Aralıq dənizinə axmalıdır.
 
P.S: ABŞ İran və Rusiya ilə müharibəyə cəhd edir və Xəzər dənizinin nəhəng enerji ehtiyatlarına çıxış üçün Türkiyədən vasitəçi qüvvə kimi istifadə etmək istəyir", -"SEPAH"-ın yaydığı xəbərdə. daha sonra belə deyilir.
 
Zəruri şərh:
 
Araşdırmamızdan bəlli oldu ki, doğrudan da ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak doğrudan da Yunanıstanın "Yekathimerini" qəzetinə sözügedən mövzuda müsahibə verib və Xəzərlə bağlı qeyd edilən fikirləri səsləndirib. Görünür, İran rəhbərlyi də səfirin sözlərini ciddi qəbul edərək onları "SEPAH"-ın kanalları vasitəsi ilə yayıb. Bunu Ermənistanın rusiyameyilli tanınmış internet nəşrinin yayması da təsadüfi deyil. Hələlik Rusiyanın öz mənbələri bu mövzuda heç bir məlumat yaymayıb.
 
S.Laçın
Seçilən
86
1
moderator.az

2Mənbələr