AZ

“Nazirin öz sözü ilə desək, bu hay küydən başqa bir şey deyil” DOSENT

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Elm və təhsil naziri Emin Əmrullayev sosial şəbəkədə ona yazılan rəylərə və “tag” edildiyi paylaşımlara cavab verib.

Onun bu şəkildə insanlarla birbaşa ünsiyyət qurması bir çoxlarının xoşuna gəlib və Azərbaycanda nadir görülən bir hal olduğu üçün müzakirələrə səbəb olub.

Məsələyə münasibət bildirən təhsil eksperti, dosent İlham Əhmədov qeyd edib ki, təhsilin köklü problemləri həll edilmir, sadəcə köməkçisi sosial şəbəkədə kiməsə cavab verir, nə isə yazır, əvəzində az qala onu milli qəhrəman səviyyəsinə qaldırmağa kimlərsə cəhd edir:

“Təhsilin yüzlərlə problemləri qalıb kənarda. Amma bir qrup jurnalist və FB istifadəçiləri nazirin katibəsi ya da köməkçisi hansısa statusa rəy yazıb, bunu gündəmə çeviriblər.  

Əmrullayev və ətrafı yaxşı bilir ki, bu ölkədə ən çox narazılıq məhz təhsil sahəsindəndir, yəni onun fəaliyyətindəndir.  

Narazılığın çoxu da son 5 ildə, onun nazirliyi dövründə  yaranıb. Problemlərin də heç biri həll edilmir, əksinə günbəgün artmaqdadır. 

Onlar da, bu ASAN  yolla xalqı az da olsa, razı salmaq istəyirlər”. 

O əlavə edib ki, yaranan vəziyyət bir qədər “bəy mənimlə söhbət etdi” ifadəsini xatırladır:

“Nazirin öz sözü ilə desək, bu  hay-küydən başqa bir şey deyil. 

Həftədə 2 dəfə Xankəndidə dərs deməyə gedən və həmən gün də geri dönən müəlliməyə nazirin köməkçisi, şərh yazır, bu şərhi tez reklam edirlər, amma deyən yoxdur ki, niyə ölkədə distant təhsilə icazə vermirlər?  Bu müəllimə niyə dərsini onlayn demir?   

Niyə bu qədər zəhmətə və resurs itkisinə zəmin yaradılır?  

Amma kim kimə hansı mesajı yazmasından asılı olmayaraq, valideynlər yenə də hər ay 500-1000  manat repetitorlara pul səpir,  müəllimlər onlara qarşı edilən haqsızlıqlardan narazıdırlar  və təhsildə illərlə yıöılıb qalan digər çox ciddi problemlər də həll edilmir, öz yerində qalır, nazir də öz işində, PR da  davam edir.

Amma az adam deyir və yazır ki, bu nazirin bir çox hallarda sözü və əməli ziddiyyət təşkil edir. Bundan böyük nöqsan ola bilərmi?”.

Şəbnəm 

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
42
icma.az

1Mənbələr