AZ

Əliyev Başkəndi bizə verməz: orada elə bir şey var ki... Poqosyan

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Xəritədə Artsvaşen (Başkənd – red.) su anbarı göstərilib. Hansı ki, burada təxminən 2 milyon kubmetr həcmində su var”.

Globalinfo.az xəbər verir ki, bunu erməni siyasi şərhçi Ara Poqosyan deyib.

O bildirib ki, Azərbaycanın su ehtiyatları ilə bağlı ciddi problemləri var və bu, Başkəndin təhvil verilməsini mümkünsüz edir.

“Çoxu deyir ki, guya Azərbaycan Başkəndi Ermənistana qaytaracaq. Mən sizin nikbinliyinizdən istəyirəm, çünki İlham Əliyev ən azı Nikol kimi düşünməlidir ki, Başkəndi Tiqranaşenə (Kərki – red.) qarşılıq olaraq Ermənistana qaytarsın.

Bu, yaxşıdırmı, pisdirmi – bilmirəm, lakin məsələ Ermənistan diplomatiyasının qarşısına qoyacağı məqsəddən asılıdır. Lakin əminəm ki, burada da emosiyalar üstün olacaq və yenə də erməni marağı uduzacaq”, – Poqosyan qeyd edib.

Safura Bənnayeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
70
1
globalinfo.az

2Mənbələr