AZ

Bu gün DÇ-2026-nın püşkatma mərasimi keçiriləcək

2026-cı ildə təşkil olunacaq futbol üzrə dünya çempionatının püşkatma mərasimi bu gün, saat 21:00-da keçiriləcək.

Aznews.az xəbər verir ki, püşkdən öncə komandaların yer aldığı səbətlər müəyyənləşib.

I səbət: Kanada, Meksika, ABŞ, İspaniya, Argentina, Fransa, İngiltərə, Braziliya, Portuqaliya, Niderland, Belçika, Almaniya.

II səbət: Xorvatiya, Mərakeş, Kolumbiya, Uruqvay, İsveçrə, Yaponiya, Seneqal, İran, Cənubi Koreya, Ekvador, Avstriya, Avstraliya

III səbət: Norveç, Panama, Misir, Əlcəzair, Şotlandiya, Paraqvay, Tunis, Fildişi Sahili, Özbəkistan, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Afrika

IV səbət: İordaniya, Kabo Verde, Qana, Kurasao, Haiti, Yeni Zelandiya, Avropa zonası üzrə pley-off mərhələsinin qalibləri, qitələrarası yarışların pley-off mərhələsinin qalibləri

Seçilən
191
aznews.az

1Mənbələr