AZ

Gələn il sülh sazişi imzalana bilər - Əmirbəyov

Azərbaycan 2026-cı ildə Ermənistanla sülh sazişi imzalamağa ümidlidir.

"Yeni Sabah" armenpress-ə istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xarici işlər üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov Cenevrədə jurnalistlərə deyib.

"Bu, tarixi bir ildir. 30 illik münaqişə nəhayət ki, başa çatıb və biz sülhü rəsmiləşdirməyə yaxınıq. Avqustda Vaşinqtonda keçirilən sammitdə hər iki tərəfin sülh sazişinə sadiq qalmaq niyyəti, bütün ölkələrin səhifəni çevirmək və regional inkişafda yeni səhifə açmaq istəyi təsdiqlənib.

Sülh sazişini yekunlaşdırmışıq. Gələn il də mühümdür; ümid edirik ki, Ermənistan rəsmiləri ilə sülh sazişini rəsmiləşdirəcəyik".


Telegram kanalımız
Seçilən
74
2
yenisabah.az

3Mənbələr