Bu gün Əkizlər bürcündə gərgin Dolunay olacaq.
Tribuna.az xəbər verir ki, bu barədə azərbaycanlı astroloq Aytən Salami məlumat verib.
Astroloqun sözlərinə görə, ən çox təsir görən Əkizlər, Oxatan, Qız və Balıqlar bürcü olacaq.
“Bu gecə özünüzü yüngülləşdirmək və mənfi enerjilərdən təmizlənmək üçün sadə və çox təsirli ritual edə bilərsiniz. Duzlu və ya sirkəli su ilə duş qəbul edin. Bunu yatmazdan, öncə tətbiq edə bilərsiniz. Himalay və ya dəniz duzu, olmasa sirkə əlavə etdiyiniz su ilə duş qəbul edin. Bu, gün ərzində topladığınız ağır enerjiləri bədəninizdən uzaqlaşdırmağa kömək edəcək. Ayağınızı da duz vannasına qoya bilərsiniz. Bir qaba ilıq su və duz, əlavə edin. Ayaqlarınızı 15-20 dəqiqə bu suda saxlayın. Bitirdikdən sonra ayaqlarınızı yuyun və qabdakı suyu axar suya tökün. Bu, enerjinin tamamilə sizdən uzaqlaşmasını təmin edəcək.”
Dəniz Pənahova