
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Ukraynada müharibənin başa çatması ilə bağlı yaxşı xəbərin tezliklə gözlənildiyini açıqlayıb.
Missiya.Az xəbər verir ki, o, bu barədə “NBC News”a müsahibəsində məlumat verib.
Siyasətçi bu məsələdə əhəmiyyətli irəliləyiş əldə edildiyini bildirib.
"Düşünürəm ki, ümid var, inşallah növbəti həftələrdə bu cəbhədə yaxşı xəbərlər olacaq", - deyə siyasətçi vurğulayıb.
Vens qeyd edib ki, Rusiya-Ukrayna münasibətləri bütün Ağ Ev üçün daimi məyusluq mənbəyi olub.
Daşqın HəsənovMissiya.Az