Korrupsiya əleyhinə prokurorluq naziri “oflayn rejimə” keçirib, tenderlərin optimizasiyasında gizli ödənişlər aşkar edilib...
Poliqon xəbər verir ki, Albaniyada hökumətin süni intellekt üzrə naziri Diella yüksək məbləğdə rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.
Newsbar nəşrinin məlumatına görə, nazir sürətli avtomagistralların tikintisi ilə bağlı tenderlərin “optimizasiyası” üçün 14 bitkoin (təxminən yüz minlərlə dollar ekvivalentdə) rüşvət almaqda ittiham olunur.
Korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə xüsusi prokurorluq naziri dərhal “oflayn rejimə” keçirib. Bu addım hökumətin süni intellekt idarəetməsi ilə bağlı eksperimentləri fonunda geniş rezonans yaradıb.
İstintaq zamanı müəyyən olunub ki, tender müqavilələrinin dəyərinin 10–15%-i naməlum hesablara yönəldilirmiş. Süni intellekt sistemi isə bu köçürmələri “standart komissiya haqları” kimi interpretasiya edərək prosesin leqitimliyini şübhə altına almırmış. Prokurorluq bunun məqsədli şəkildə manipulyasiya edildiyini düşünür.
Hadisə ölkədə süni intellektin dövlət idarəçiliyində istifadəsi barədə ciddi narahatlıqlar yaradıb. Ekspertlər qeyd edirlər ki, AI əsaslı qərarvermə mexanizmlərinin şəffaf olmaması korrupsiya risklərini artırır və dövlət nəzarətini zəruri edir. Albaniya parlamenti artıq sistemin dayandırılması və təhlükəsizlik auditinin keçirilməsi məsələsini müzakirəyə çıxarmağa hazırlaşır.
İstintaq davam edir və rüşvətin kim tərəfindən verildiyi, eləcə də tenderlərdəki digər mümkün pozuntular araşdırılır.
Poliqon.info