AZ

Lökbatandakı yanğında ana və iki azyaşlı övladı ölüb ADLAR

Lent az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Lökbatanda yanğında ölənlərin kimliyi bilinib.

Lent.az xəbər verir ki, onlar 27 yaşlı Zülfiyyə Yusifova, onun iki azyaşlı övladı 9 yaşlı Yusif Yusifov, 6 yaşlı Məryam Yusifova və qonşu mənzildə yaşayan 72 yaşlı Yusif Hüseynovdur.

***

saat 08:45

05.12.2025-ci il tarixində saat 03:15 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park 1" yaşayış massivində partlayış baş verməsi səbəbilə çağırış daxil olub.

Lent.az xəbər verir ki, bu barədə TƏBİB-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, dərhal 12 təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 4 nəfər (qadın) tüstüdən zəhərlənmə ilkin diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Hadisə yerində 4 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 4 nəfərdən 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

1 nəfərə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub.

***

saat 07:57

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış kompleksi ərazisində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən doqquzmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 45 m² olan ikiotaqlı mənzilin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 13 m² sahədə yanıb. Yanğın zamanı 4 nəfər həyatını itirib.

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

***

saat 06:00

Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Lent.az xəbər verir ki, ilkin məlumata görə hadisə nəticəsində ölən və yaralananlar var.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən qüvvələri, təcili tibbi yardım briqadaları və polis əməkdaşları cəlb olunub.

Yanğının artıq söndürüldüyü bildirilir və hansı səbəbdən baş verməsi ilə bağlı hələ ki, dəqiq məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
33
lent.az

10Mənbələr