AZ

Bu ölkədə kişiləri 1 saatlıq kirayə verirlər

Latviyada əhalinin yarısından çoxunu qadınlar təşkil edir. Kişilərin sayının sürətlə azalması ölkədə ciddi problemlər yaradıb.Metbuat.az xəbər verir ki, 2 milyondan çox əhalisi olan Latviyada əksər idarə və müəssisələrdə əməkdaşların 60-70 faizi zərif cinsin nümayəndələridir. Kişi sayının azlığı 30-40 yaşlı latviyalılar arasında özünü daha qabarıq şəkildə büruzə verir. Bu yaş kateqoriyasına aid olan əhalinin 70 faizi qadın, 30 faizi isə kişidir. Sosioloq Baiba Bela 30-40 yaşlı kişilərin sayının az olmasını müxtəlif səbəblərlə izah edib. Onun sözlərinə görə, sıralamada birinci yerdə kişilərin spirtli içkilərə meylli olması dayanır. “Latviyada kişilərin çoxu araqdan ölür”, - sosioloq deyib.Bela bildirib ki, ikinci yerdə avtomobil, üçüncü yerdə isə istehsalat qəzaları gəlir.Sosioloq deyib ki, ölkədə kişi qıtlığı hökm sürdüyünə görə latviyalı qadınlar ailə qurmaq üçün xarici ölkələrə üz tuturlar.

Qeyd edək ki, kişilərin sayının azalması ölkədə dülgər, bərbər, xarrat, qaynaqçı, sürücü kimi peşə sahiblərinə tələbatı kəskin artırıb. Vəziyyət o həddə çatıb ki, bəzi şirkətlər evlərdə fiziki güc tələb edən işləri görmək üçün kişiləri 1 saatlıq kirayə verirlər. Analoji xidmət göstərən şirkətlərin sayı getdikcə artır.

Seçilən
88
1
metbuat.az

2Mənbələr