Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsində yeni quraşdırılan dayanacaqdan narazılıq var.
Bu barədə məlumat Far.Az-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, yağışlı havalarda dayanacağın içərisində su yığılır və sərnişinlərin dayanacaqdan istifadə etməsini çətinləşdirir.
"Dayanacağın döşəməsində su axınının yönləndirilməsi üçün heç bir meyillilik olmadığı üçün yağış suları birbaşa dayanacağın içində toplanır. Nəticədə sərnişinlər yağışdan qorunmaq əvəzinə suyun içində dayanmağa məcbur qalırlar".
Sözügedən kadrları təqdim edirik: