AZ

Azərbaycanda ilk dəfə İƏT-in Mədəniyyət Festivalı keçirilir

Azərbaycanda ilk dəfə olaraq İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət Festivalı təşkil olunur. 5-12 dekabr tarixlərini əhatə edən tədbir ölkəmiz üçün yalnız mədəniyyət bayramı deyil, eləcə də yaradıcı sənayeləri bir araya gətirən və beynəlxalq əməkdaşlığı möhkəmləndirən mühüm platforma kimi dəyərləndirilir.

Modern.az xəbər verir ki, bu fikirləri İslam Əməkdaşlıq Təşkilatının və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə 2025” çərçivəsində keçirilən mətbuat konfransında Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifov deyib. 

Nazir müavini bildirib ki, Azərbaycanın multikulturalizm dəyərlərinə, mədəniyyətə və irsə göstərdiyi diqqətin nümayişidir. 

“Eyni zamanda ölkəmiz yaradıcı ideyaların məhsula çevrildiyi, həmin məhsulların beynəlxalq bazarlara çıxarıldığı və gənc istedadların dəstəkləndiyi məkan kimi təqdim ediləcək”.

Seçilən
94
modern.az

1Mənbələr