Lökbatan qəsəbəsinin "Qobu Park-1" yaşayış massivində baş verən yanğında həlak olanlarlardan ikisi uşaqdır.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, partlayışa mənzildəki kombinin partlaması səbəb olub.
Hadisə nəticəsində eyni evdə yaşayan iki məktəbli və onların anası ölüb.
Təxminən 65-70 yaşlarında olan bir kişi isə qonşu evdən kömək etmək üçün içəri daxil olarkən tüstüdən boğularaq həyatını itirib. Onun arxasınca gələn həyat yoldaşının isə tüstüdən zəhərlənərək xəstəxanaya çatdırıldığı bildirilir.
Milli.Az