AZ

Bəzi yerlərə leysan yağır - Faktiki hava

Azərbaycanın bir neçə bölgəsində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə yağış leysan xarakteri alıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. 


Yağıntının miqdarı Lerikdə 9 mm, Bakıda və Abşeronda 7 mm, Şəmkir və Qubada 4 mm olub. Ölkənin 30-dan çox rayonunda 1–3 mm arası yağış qeydə alınıb.


Naxçıvan, Quba, Qusar, Lerik və digər bölgələrdə duman müşahidə edilir, görünüş məsafəsi 500 metrədək azalır.

Seçilən
110
1
anews.az

2Mənbələr