AZ

İnformasiya təhlükəsizliyi və generativ süni intellekt dövründə media ekosisteminin gücləndirilməsi vacibdir - Radik İsmayılov

Bakı. Trend:

Azərbaycan–Gürcüstan Media Forumunun məhz informasiyatəhlükəsizliyi mövzusuna həsr olunması çox önəmli və aktualdır.Çünki bu problem hər iki ölkə üçün ümumi bir ortaq məsələdir. HəmAzərbaycanda, həm Gürcüstanda müəyyən institutlardan vəistiqamətlərdən hazırlanan manipulyasiyaların, dezinformasiyalarıntəsirinə məruz qalırıq və təəssüf ki, bu, bir çox hallarda dağıdıcınəticələrə gətirib çıxarır.

Trend xəbərverir ki, bunu bu gün “ARB 24” telekanalının icraçı direktoru Radikİsmayılov Azərbaycan-Gürcüstan Media Forumu çərçivəsində“İnformasiya təhlükəsizliyinin təmini məqsədilə media ekosisteminingücləndirilməsi” mövzusuna həsr olunan panel sessiyada çıxışızamanı deyib.

R.İsmayılov bildirib ki, bu məsələlərə süni intellekttexnologiyalarının, xüsusilə də generativ süni intellektin daxilolması problemləri daha da artırır:

“Biz generativ süni intellektin hesabına bəşər tarixinin ənönəmli texnoloji inqilablarından birini yaşayırıq. Düzdür, butarixi dövrün içində yaşadığımız üçün bilmirəm, özümüzü şanslısayaq, yoxsa ehtiyatlanmağa çalışaq. Amma dəqiq bildiyim odur ki,belə bir şəraitdə, xüsusilə də böhran vəziyyətlərində xəbərtelekanalının rəhbəri olmaqdan çətin bir şey yoxdur. Çünki əldəetdiyimiz və ya bizə təqdim olunan məlumatın həqiqi, yoxsa saxtaolduğunu müəyyənləşdirmək çox çətindir.

Bu, bizim üçün informasiya cəbhəsinin önündə olmaq, tamaşaçıetimadını itirməmək və jurnalist peşəkarlığını qorumaq məsələsidir.Ona görə də generativ süni intellekt dövründə informasiyatəhlükəsizliyinin əhəmiyyəti və riskləri daha da artır.

İcraçı direktor vurğulayıb ki, hər iki ölkədə məlumatlara çıxışxeyli asanlaşıb, lakin doğru informasiya ilə saxtanı ayırmaqimkanları tədricən azalır. Bu isə insanların həyatına, dövlətqurumlarının və biznes strukturlarının fəaliyyətinə, hətta vətəndaşcəmiyyətinə belə təsir göstərir:

“Həm Azərbaycanda, həm Gürcüstanda ənənəvi medianın mövqeyininzəifləməsi ilə rəqəmsal və sosial medianın təsiri artır. Bu isəinformasiya bolluğu şəraiti yaradır və bunun fonunda biz müəyyəndairələrdən informasiya hücumlarını, saxta xəbərləri, manipulyativinformasiyaların sürətlə yayılmasını müşahidə edirik. Son dövrdəGürcüstanda nüfuzlu bir telekanalın yaydığı yanlış məlumat əsasındayaranmış böhranı yəqin ki, hamımız diqqətlə izləmişik”.

Televiziya rəhbərinin sözlərinə görə, narahatlıq doğuran əsasməqam odur ki, manipulyativ xəbərlər doğru xəbərlərdən daha sürətləyayılır. Bu, dezinformasiyanı artıq bir ictimai təsir metodunaçevirib və insanlar buna daha tez məruz qalır.

“Diqqətimizi bu sahəyə daha çox yönəltməliyik. İnformasiyatəhlükəsizliyini təmin etmək üçün cəmiyyəti təhlükəsiz və düzgünməlumatla təmin etməliyik. Müasir dövrdə kiber təhlükəsizlik vəinformasiya təhlükəsizliyi çox vaxt sinonim kimi işlədilir, lakinmən onların ayrılmasının tərəfdarıyam. Çünki kibertəhlükəsizlikvirtual mühitin qorunmasını nəzərdə tutur, informasiyatəhlükəsizliyi isə daha geniş və ümumi anlayışdır. Bu, hətta millitəhlükəsizlik səviyyəsinə qədər yüksələn bir sahədir”.

ARB24 rəsmisi əlavə edib ki, texnoloji, ideoloji və sosiolojiaspektlər informasiya təhlükəsizliyinin əsas tərkib hissələridir.İnformasiya təhlükəsizliyi milli maraqların həm daxildə, həm dəxaricdən qorunmasını ehtiva edir. İnformasiya-kommunikasiyatexnologiyalarının inkişafı ilə informasiya təhlükəsizliyiçətirinin altına artıq radio-televiziya məkanının, rəqəmsal vəsosial medianın təhlükəsizliyi, informasiya azadlığı və informasiyadoğruluğu kimi məsələlər də daxil olub. Bu isə bizi birbaşa narahatedən məqamlardandır.

“Mediada transformasiya və konvergensiya, internet medianıngüclənməsi, insanların operativ informasiya tələbatının onlaynşəkildə təmin olunması informasiya təhlükəsizliyinin təminedilməsini daha da çətinləşdirir. Generativ süni intellektinsürətli inkişafı şəraitində informasiya təhlükəsizliyinin təminolunması həm qlobal, həm regional, həm də lokal xarakter daşıyır.Ona görə də bu məsələlərə xüsusi diqqətlə yanaşmalıyıq.

Süni intellektin informasiya təhlükəsizliyinə təhdidlərindənhəmkarlarım da danışacaq, mən isə əsasən generativ süni intellektininformasiya təhlükəsizliyinin təmin olunmasında necə istifadə ediləbiləcəyindən söz açmaq istəyirəm. Çünki süni intellekt yeni riskləryaratsa da, eyni zamanda yeni imkanlar da təqdim edir. Məsələn,süni intellekt alqoritmləri real vaxtda anomaliyaları müşahidə edəbilir; insidentlərə reaksiyanı saniyələrə endirir; davranışanalizləri vasitəsilə risklərin proqnozlaşdırılmasını asanlaşdırır;potensial boşluqları aşkarlayıb müdafiə tədbirləri təklif edir;prosesləri avtomatlaşdıra bilir və insan səhvlərinin qarşısınıalmağa kömək edir.

Generativ süni intellekt dövrü informasiya təhlükəsizliyiniyenidən düşünməyi tələb edir. Bu, artıq təkcə texnoloji məsələdeyil. Bu proses strateji, hüquqi və etik ölçülərə malik kompleksbir yanaşma tələb edir. Bu baxımdan həm ölkə daxilində, həm regionsəviyyəsində Azərbaycan və Gürcüstan jurnalistlərinin birgəfəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Biz manipulyativ xəbərləri vədeepfake-ləri birlikdə araşdırmalı, onların qarşısını almaqdaəməkdaşlıq etməliyik”, - deyə o fikrini tamamlayıb.

Seçilən
24
2
az.trend.az

3Mənbələr