AZ

Dövlət Komitəsinin sədri Lökbatandakı yanğının səbəbini açıqladı

"Yanğın mətbəxdə olan aspiratordan baş verib".

Teleqraf xəbər verir ki, bu sözləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Lökbatanda 4 nəfərin ölümü ilə nəticələnən yaşayış binasında baş verən yanğın yerində danışarkən deyib.

"Hadisə yerinə həkim briqadaları gəlib, hər kəs öz işini lazımi qaydada edib. Bundan sonra nə lazımdırsa, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi edəcək. Qaradağ rayonunun rəhbərliyi və hüquq mühafizə orqanları burdadır. Bütün məsələlər diqqətdə saxlanacaq və addımlar atılacaq. Əlimizdən gələni edəcəyik.Çox təəssüf həm körpə həm də yaşlı insanlar həyatını itiriblər.

Seçilən
25
teleqraf.com

1Mənbələr