AZ

ABŞ Sakit okeanda narkotik qaçaqmalçı gəmisini vurub

ABŞ

ABŞ ordusu Sakit okeanda narkotik qaçaqmalçı gəmisini məhv edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ-ın Cənub Komandanlığı məlumat yayıb.

Bəyanata görə, hücum 5 dekabr cümə günü baş verib. Daha sonra narkotik qaçaqmalçılığı ilə mübarizə kampaniyasının bir hissəsi olaraq ABŞ daha bir hücum təşkil edib. Qeyri-qanuni maddələr daşıyan gəmi vurulub.

"Kəşfiyyat gəminin narkotik daşıdığını və Sakit okeanın şərqində məlum narkotik qaçaqmalçılığı marşrutu ilə hərəkət etdiyini təsdiqləyib", - ABŞ Cənub Komandanlığı bildirib.

Zərbə zamanı gəmidə dörd nəfərin olduğu da vurğulanır. Onların hamısı öldürülüb.

Vaşinqtonun sözlərinə görə, onların hər biri “narkoterrorçu” olub.

Məryəm Quliyeva

Seçilən
32
1
xalqcebhesi.az

2Mənbələr