Lökbatan qəsəbəsinin “Qobu Park-1” yaşayış massivində baş verən yanğında ölən şəxslərin adları məlum olub.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, yanğında 4 nəfər həlak olub.
Hadisə zamanı ölənlər Zülfiyyə Yusifova (1998), Yusif Yusifov (2016), Məryam Yusifova (2019) və Yusif Hüseynovdur (1953).
Faciədə ölənlərdən ən kiçiyinin 6 yaşı olub.
Qeyd edək ki, yanğın zamanı 4 nəfər də xəsarət alıb. Onlardan 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilib.1 nəfərə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub.
"Cebheinfo.az"