AZ

"Azərbaycan və Gürcüstan qlobal informasiya təhdidlərinə qarşı birgə layihələr həyata keçirə bilər"

Rəqəmsallaşma yeni imkan və fürsətlər verdiyi kimi öz növbəsində ölkələrin media ekosistemləri üçün yeni təhdidlər də yaradır. Belə ki, informasiyanın həddindən artıq bolluğu içində dezinformasiya və saxta xəbərlər ciddi təhlükəyə çevrilib.

Redaktor.az xəbər verir ki, bu sözləri Azərbaycan-Gürcüstan Media Forumunda Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.

O qeyd edib ki, peşəkarlıq jurnalistikaya olan ictimai etimadın möhkəmlənməsinin əsas dayaqlarından biridir. Cəmiyyətin media savadlılıq səviyyəsinin artırılması isə yalan informasiyanın təsirinə qarşı ən güclü müdafiə mexanizmidir. “Hesab edirik ki, Azərbaycan və Gürcüstan qlobal informasiya təhdidlərinə qarşı birgə layihələr həyata keçirə və bu istiqamətdə əməkdaşlığı gücləndirə bilər. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi cəmiyyətin media savadlılıq səviyyəsinin artırılması üçün artıq ənənə halını almış sistemli tədbirlər həyata keçirir. Hər ilin dekabr ayında Azərbaycanda “Media savadlılığı” həftəsinin keçirilməsi bu sahədə maarifləndirmə işlərini daha da gücləndirir. Biz bu istiqamətdə də gürcüstanlı həmkarlarımızla əməkdaşlıq etməyə, təcrübə mübadiləsi aparmağa hazırıq”, - deyə İcraçı direktor vurğulayıb.

Seçilən
53
1
redaktor.az

2Mənbələr