AZ

Şamil Süleymanovun səhhəti ilə bağlı xəbər var - Yenilənib

Xəbər verdiyimiz kimi, Xalq artisti Şamil Süleymanovun səhhətində problem yaranıb...

Poliqon xəbər verir ki, "Qafqazinfo" sənətçinin vəziyyəti ilə maraqlanmaq üçün onunla əlaqə saxlayıb. 

Xalq artisti bildirib ki, hazırda hər şey qaydasındadır:

"Klinikada bütün heyət, həkimlər mənimlə yaxından maraqlandı, diqqət göstərdilər. Əvvəlcə nə baş verdiyini başa düşmədim. Sən demə, analizimin cavabında qanımda şəkərin miqdarının çox yüksək olduğu bilinibmiş. Məni xəstəxanaya yerləşdirdilər. Səbəbini tapdılar, bütün bunlar yorğunluqdan yaranıb. İki gün müalicə aldım, hazırda evdəyəm və hər şey yaxşıdır". 

Qeyd edək ki, Xalq artisti Şamil Süleymanovun 70 yaşı var. 

***

Xalq artisti Şamil Süleymanovun səhhətində problem yaranıb.

Poliqon bildirir ki, aktyor şəkərli diabetin kəskin ağırlaşması səbəbi ilə xəstəxanaya yerləşdirilib.

Klinikada müalicə alan sənətçinin səhhəti ilə bağlı problem aradan qaldırılıb. (bizimmedia)

Poliqon.info

Seçilən
114
17
poliqon.info

10Mənbələr