AZ

2025 ci ildə Putin ən azı 14 dəfə “itib” Kreml yenə köhnə videoları yaydı

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun 2 dekabrda Moskva ilə danışıqları ərəfəsində Kreml yenidən əvvəlcədən çəkilmiş videomaterial yayıb.

“AzPolitika” bildirir ki, bu barədə araşdırma platforması “Sistema” məlumat verib.

1 dekabr tarixində Kremlin mətbuat xidməti Vladimir Putinin iki görüş keçirdiyini açıqlayıb: əvvəlcə Federal Penitensiar Xidmətin direktoru Arkadi Qostev, daha sonra gecə saatlarında Kursk vilayətinin qubernatoru Aleksandr Xinşteyn ilə.

Lakin “Sistema”nın analizi göstərib ki, Putinin kabinetindəki detallar, xüsusilə otağın tərtibatındakı fərqlər - Qostevlə görüşün yay aylarında lentə alındığını göstərir.

Xatırladaq ki, 11 aprel 2025-ci il danışıqlarından əvvəl də Kreml analoji addıma əl atmışdı. Həmin vaxt əvvəlcədən lentə alınmış, “DOM.RF” rəhbəri Vitaliy Mutko ilə görüş “yenilik” kimi təqdim olunmuşdu. Araşdırmaya görə, həmin görüş 24 fevraldan əvvəl baş tutmuşdu.

Araşdırmada vurğulanır ki, Putinin kabinetindəki kitab şkafı “konserv”ləri ifşa edən əsas detala çevrilib. “Sistem”in məlumatına görə, VDV döyüşçülərinin Z-poeziya toplusu ən geci 13 avqust 2025 tarixində Putinin kabinetində peyda olub.

1 dekabrda Qostevlə görüş zamanı bu kitab şkafın sağ alt küncündə yox idi, lakin həmin günün axşamı Xinşteynlə görüşdə yenidən öz əvvəlki yerində görünməyə başlayıb.

Bu isə Qostevlə görüşün 13 avqustdan əvvəl baş tutduğunu, lakin indi yayımlandığını göstərir.

“Sistem”in əvvəlki araşdırmalarına görə, 2025-ci ildə prezident Putin ictimaiyyətin gözündən ən az 14 dəfə itib. Bu zaman Kreml tərəfindən yayılan görüntülərdəki detallar - kabinetdəki kitablar, masadakı qələmlərin yeri, görüş iştirakçılarının geyimi vaxt uyğunsuzluqlarını aşkar edib.

Araşdırmaçılar bildirirlər ki, belə hallarda prezidentin həmin günlərdə hara yoxa çıxması barədə aydınlıq yoxdur.

Rasim

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
32
azpolitika.info

1Mənbələr