AZ

Anar Əliyev: Ölkələrimizdə sosial inkişaf naminə mühüm məqsədlərin reallaşmasına xidmət edən tarixi hadisədir

BAKI, 5 dekabr. TELEQRAF

Türk Dövlətləri Təşkilatının üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin ilk iclasının Bakıda keçirilməsindən məmnunluq və qürur hissi keçirirəm.

Türk Dövlətləri Təşkilatı artıq dünya miqyasında xüsusi rola malikdir, üzv ölkələr arasında siyasi, iqtisadi, sosial, habelə türk irsi və mədəni əlaqələri daha da dərinləşir.

Teleqraf xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.

O bildirib ki, iclasda ölkələrimizdə sosial inkişaf naminə mühüm məqsədlərin reallaşmasına xidmət edən tarixi hadisədir.

Bu əlaqələrin genişləndirilməsi, Türk dünyasının gücləndirilməsi Azərbaycanın prioritetlərindən biridir:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd etmişdir ki, “Türk Dövlətləri Təşkilatı bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bizim ailəmiz Türk dünyasıdır”.
Bu baxımdan, Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da birlik amallarına sadiq qalacaqdır.

Azərbaycan dayanıqlı sosial müdafiə sisteminə malikdir və ölkəmizdə əhalinin sosial müdafiəsi, əmək və məşğulluq sahələrində geniş proqramlar icra edilir, əhalinin rifahı ildən-ilə artır.
Azərbaycanda son 6 ildə 5 sosial islahat paketi qəbul edilmişdir, bu islahatlar əhalimizin 40%-ni əhatə etmiş və ayrılan illik əlavə vəsaitin məbləği 4,5 milyard ABŞ dollarına bərabər olmuşdur”.

Seçilən
58
teleqraf.com

1Mənbələr