Bakı. Trend:
Lökbatanda baş vermiş yanğınla bağlı cinayət işi başlanıb.
Trend xəbərverir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi,"Qobu Park-1" yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayışbinasında 4 nəfərin ölümü ilə nəticələnən yanğınla əlaqədərAzərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.2(ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə) və 225.3-cü(yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki vədaha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işibaşlanaraq ibtidai istintaqın aparılması Baş ProkurorluğunKriminalistika və informasiya texnologiyaları idarəsinətapşırılıb.
Cinayət işi üzrə aidiyyəti dövlət qurumları, o cümlədənFövqəladə Hallar Nazirliyinin əməkdaşları və müvafiq ekspertləriniştirakı ilə hadisə yerinə baxış keçirilib, maddi sübutlargötürülüb və digər zəruri ilkin istintaq hərəkətləri icraedilib.