"Sonuncu İmperator", "Geyşanın xatirələri" filmlərindəki rolları ilə tanınan yapon əsilli amerikalı aktyor Keri-Hiroyuki Taqava 75 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə "Deadline" məlumat yayıb.
Bildirilir ki, Taqava Kaliforniyanın Santa Barbara şəhərində uşaqlarının əhatəsində ölüb. Ölümün səbəbi insultdan yaranan ağırlaşmalar olub.
Aktyor ictimaiyyətə daha çox "Mortal Kombat"dakı şər sehrbaz Şanq Tsunq kimi tanınır.
Taqavanın film debütü Bernardo Bertoluççinin doqquz Oskar qazanan “Sonuncu İmperator”da olub.