Reyting.az saytından alınan məlumata görə, ain.az bildirir.
ABŞ-nın vitse-prezidenti J.D.Vans deyib ki, Ukraynadakı müharibənin sona çatması ilə bağlı tezliklə xoş xəbərlərolacaq.
Reyting.az-ın məlumatına görə,o, “NBC News”-ə müsahibəsində bildirib ki,Ukrayna böhranının həllində böyük irəliləyiş əldə edilib, baxmayaraq ki, hələ finiş xəttinə çatılmayıb. J.D.Vans bu məsələdə nikbinliyini ifadə edib.
“Düşünürəm ki, ümid var - ümid edirəm ki, növbəti bir neçə həftə ərzində bu cəbhədən yaxşı xəbərlər olacaq”,- Vans deyib.
Bundan əlavə, o, vitse-prezident kimi ən böyük məyusluqlarından biri kimi Rusiyanın Ukrayna ilə müharibəsinə son qoymaq üçün razılığa gələ bilməməsini qeyd edib: “Düşünürəm ki, Rusiya-Ukrayna münasibətləri bütün Ağ ev üçün daimi məyusluq mənbəyi olub”.
Vitse-prezident daha sonra əlavə edib:
“Əgər siz Yaxın Şərqdəki sülhü Şərqi Avropadakı sülhdən üstün tutsanız, sizə dəli olduğunuzu deyərdim”.
E. KAMAL
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.