Baku.ws portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Əslində mərkəzin səlahiyyətlərində ixracla bağlı çox da məsələlər yoxdur. Amma ixracda müəyyən nəsli kəsilməkdə olan məhsulların, xüsusən akvakultura məhsullarından söhbət gedir ki, nərəkimilərin ixrac sertifikatları Balıqçılıq Akvakultura Mərkəzi tərəfindən verilir".
Bunu BAKU.WS-ə açıqlamasında Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev bildirib.
O əlavə edib ki, bu sertifikatlar nəsli kəsilməkdə olan balıqlara dair konvensiyanın tələblərinə uyğun olaraq təqdim edilir:
"Həmin sertifikatlar mərkəz tərəfindən pulsuz verilir. Akvakultura sahəsində formalaşmış şirkətlərin əsas ixrac bazarları Yaxın Şərq ölkələri, xüsusən Körfəz ölkələri, ABŞ və Rusiyaya kürü və nərə balığının ətindən akvakulturada yetişdirilmiş məhsulların ixracından söhbət gedir".
Orxan Hüseyn
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.