AZ

İran ABŞ-ni boykot etməklə bağlı qərarını dəyişdi

BAKI, 5 dekabr. TELEQRAF

İranlı nümayəndə heyəti bu gün ABŞ-nin paytaxtı Vaşinqtonda keçiriləcək DÇ-2026-nın püşkatma mərasimində iştirak edəcək.

Teleqraf xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Ötən həftə İran Futbol Federasiyası nümayəndə heyətinin bir neçə üzvünə ABŞ-yə giriş vizası verilmədikdən sonra, püşkatma mərasimini boykot edəcəyini açıqlamışdı.

Lakin İranın idman naziri Əhməd Doniamali ötən gün tədbiri boykot etməmək qərarına gəldiklərini bildirib.

Doniamali milli komandanın baş məşqçisi Əmir Qalenoinin tədbirdə iştirak edəcəyini açıqlayıb. Onu federasiyanın beynəlxalq əlaqələr şöbəsinin müdiri Omid Camali də müşayiət edə bilər.

Seçilən
134
1
teleqraf.com

2Mənbələr