"Arsenal" Ekvador "İndependiente del Valle" klubunun əkiz yarımmüdafiəçiləri Edvin və Holqer Kinteronun transferini reallaşdırıb.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb
Klubun yaydığı açıqlama belədir: "Edvin sol ayaqlı, sürətli və texnikalıdır. O, sağ cinah müdafiəçisi mövqeyində oynayır, rəqiblərə meydan oxumaqdan zövq alır və bacarıqlıdır. Holqer sağayaqdır, hücumameyilli yarımmüdafiəçidir, sürəti və iradəsi hesabına rəqiblərini üstələmək qabiliyyətinə malikdir. "Arsenal"da hər kəs Edvin və Holqer Kintero qardaşlarını yaxın gələcəkdə klubda qarşılamaqdan məmnundur".
Edvin və Holqer qardaşları Ekvadorun U-17 komandasının üzvüdür. "İndependiente del Valle"nin gənc oyunçuları 2027-ci ildə, 18 yaşı tamam olanda "topçular"a qoşulacaqlar.
Qeyd edək ki, hazırda "Arsenal"ın heyətində Ekvadordan daha bir oyunçu var. Müdafiəçi Pyerre İnkapye London nəhənginə bu yay qoşulub.
Mirağa