AZ

Asiya İnkişaf Bankının dəstəyi ilə Sumqayıt–Yalama dəmir yolu xətti üçün elektrikləşdirmə və siqnalizasiya sistemi hazırlanır

Bakı. Trend:

Asiya İnkişaf Bankının dəstəyi ilə hazırda Sumqayıt–Yalama dəmiryolu xətti üçün elektrikləşdirmə və siqnalizasiya sistemihazırlanır.

Trend xəbər verirki, bunu bu gün AİB-in Azərbaycandakı direktoruSunniya-Durrani-Camal “ Azərbaycan Dəmir Yolları” (ADY) QSC-ninAİB-lə əməkdaşlığı çərçivəsində karbonsuzlaşdırma ilə bağlılayihənin Bakıda keçirilən təqdimatında bildirib.

Onun sözlərinə görə, dəmir yolu nəqliyyatı ən enerji-səmərəli vəaşağı karbon emissiyalı nəqliyyat növlərindən sayılır.

“Dəmir yolları transformativ rol oynayır, belə ki, Azərbaycanregional və qlobal logistika hesabına, eləcə də Orta Dəhliz vəAvrasiya marşrutları üzrə yükdaşımalar sayəsində ixracınşaxələndirilməsində öz mövqeyini möhkəmləndirməkdədir”, - deyə obildirib.

Durrani-Camal qeyd edib ki, Azərbaycan inkişafının həlledicionilliyinə qədəm qoyur və bu dövrdə “yaşıl” artım, enerji keçidi vəiqlim dayanıqlığı ölkənin milli strateji prioritetlərinəçevrilib.

“Və əlbəttə, xüsusən də COP29-un keçirilməsindən sonrayenilənmiş iqlim öhdəlikləri, emissiyaların azaldılması hədəfi vəölkənin yaşıl mobillik sahəsində regional liderə çevrilmək istəyiregionun digər ölkələrinə aydın və güclü bir siqnal göndərir”, –deyə o vurğulayıb.

Məqalədə:
Seçilən
94
az.trend.az

1Mənbələr