AZ

London Rusiyanın dondurulmuş pulundan 8 milyardını Kiyevə vermək istəyir

Britaniya dondurulmuş Rusiya aktivlərdən 8 milyard funt sterlinqi Ukraynaya  ayırmağa hazır olduğunu açıqlayıb.

AzPost bilddirir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Böyük Britaniya həmçinin Avropa İttifaqı və Kanada da daxil olmaqla digər ölkələrlə Ukraynanın müharibə səylərini dəstəkləmək üçün 100 milyard funt sterlinqə qədər vəsait almasına imkan verən bir razılaşma əldə etməyə çalışır.

3 dekabrda Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Ukrayna üçün iki maliyyələşdirmə variantını açıqlayıb. Birinci plan bazar kapitalı və Aİ büdcəsindən ödəniş üçün zəmanət kimi istifadə edilən krediti, ikinci plan isə Rusiya Bankından dondurulmuş aktivlərdən istifadə edilən “təzminat krediti”ni əhatə edir.

Fon der Leyenin sözlərinə görə, Ukraynanın müharibəni davam etdirməsi üçün növbəti iki il ərzində 137 milyard avroya ehtiyacı olacaq. Avropa Komissiyası bu xərclərin üçdə ikisini ödəməyə hazırdır.

Vəsaitin bir hissəsi (185 milyard avro) hazırda Belçikanın “Euroclear” depozitarında saxlanılır. Belçikanın Baş naziri Avropa Komissiyasının planının ikinci variantını “kökündən qüsurlu” adlandırır. Onun sözlərinə görə, əgər aktivlər dondurulmuş vəziyyətdən çıxarılarsa və Moskva onların qaytarılmasını tələb edərsə, Euroclear pulu dərhal ödəyə bilməyəcək.

“Financial Times” mənbələrə istinadən xəbər verir ki, Avropa Mərkəzi Bankı Belçika baş nazirinin qeyd etdiyi eyni səbəbdən Ukraynaya “təzminat krediti”ni sığortalamaqdan imtina edib.

AzPost.az

Seçilən
61
azpost.info

1Mənbələr