AZ

"Moody's" Azərbaycanın bank sektorunda mümkün dəyişikliklər barədə proqnozunu verib

Bakı. Trend:

“Moody’s” reytinq agentliyi yaxın 12–18 ay ərzində Azərbaycanınbank sektorunun strukturunda ciddi dəyişikliklər gözləmir.

Bu barədə Trendreytinq agentliyinə istinadla məlumat verir.

“2025-ci ilin sentyabr ayına olan vəziyyətə görə, Azərbaycanda22 bank fəaliyyət göstərir (onlardan ikisi dövlət bankı, doqquzuisə xarici kapitallı bank, biri isə xarici bankın yerlifilialıdır). Bu rəqəm 26 bankın fəaliyyət göstərdiyi 2020-ci ilinsonuna olan göstəricidən azdır. Yaxın 12–18 ay ərzində sektorunstrukturunda ciddi dəyişiklik gözləmirik. Bank sistemi yüksəkdərəcədə konsentrasiya olunmuş olaraq qalır: 2025-ci ilinortalarına ən böyük dörd bank bazar payının 69 faizini əlindəsaxlamışdır”, — deyə “Moody’s”in hesabatında qeyd olunur.

Agentlik həmçinin bildirir ki, Azərbaycanın bankları üçünmaliyyələşmə şərtləri depozitlərin çox yüksək dərəcədədollarlaşması ilə məhdudlaşır: “Bu isə müştəri depozit bazasınınqeyri-sabit və həssas olmasına, həmçinin topdansatış kapitalbazarlarına nisbətən daha baha çıxışa gətirib çıxarır”.

“Moody’s” analitikləri qeyd edirlər ki, xarici valyutada olandepozitlərin payı hələ də MDB regionunda ən yüksək göstəricilərdənbiri olaraq qalır (2025-ci ilin sentyabr ayına ümumi depozitlərin38 faizi, 2020-ci ildəki 56 faizlə müqayisədə azalmışdır). Eynizamanda depozitlərin tədricən dollarsızlaşdırılması və dövlətdəstəyi nəticəsində manatla likvidlik yaxşılaşıb.

“Müştəri depozitləri Azərbaycan banklarının əsas maliyyələşməmənbəyidir. 2025-ci ilin sentyabr ayına olan vəziyyətə görə budepozitlər sistem üzrə bütün öhdəliklərin təxminən 75 faizinitəşkil edirdi, onlardan sonra maliyyə institutlarından alınankreditlər gəlir. Bankların topdansatış bazarından və transsərhədmaliyyələşmədən asılılığı məhduddur və təkrar maliyyələşmə risklərinisbətən aşağıdır. Bundan əlavə, nağd vəsaitlər və onlarınekvivalentləri, banklara tələblər, eləcə də dövlət və kvazi-dövlətborc qiymətli kağızlarına yatırımlar daxil olmaqla bank sistemininaktivlərinin təxminən 39 faizi likvid formada olub ki, bu da xaricişoklara qarşı güclü bufer yaradır”,- deyə analitiklərvurğulayırlar.

Məqalədə:
Seçilən
60
az.trend.az

1Mənbələr