AZ

“Bəlkə, bizimlə oyun “Ayaks”a üstünlük qazandırar” (MÜSAHİBƏ)

ain.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

“Zirə” Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Neftçi”ni mübarizədən kənarlaşdırıb – 2:1.

“Qartallar”ın futbolçusu Ange Mutsinzi matçla bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı…

– Qələbəni necə şərh edərdin?

– Yaxşı qələbə oldu. “Neftçi” kimi komandaya qarşı layiqli qalibiyyət əldə etdik. Həm sevincliyəm, həm də qürurluyam. Komanda olaraq sona qədər döyüşdük, mübarizə apardıq. Bu qələbə haqqımız idi.

– 120 dəqiqəlik ağır oyundan sonra növbəti matç “Qarabağ”a qarşı olacaq. Bərpa olunmaq çətin olmayacaq?

– Düşünürəm ki, asan olmayacaq. Çünki “Neftçi” zəif rəqib deyildi və ağır mübarizəli oyun oldu. Buna baxmayaraq, qısa zamanda toparlanmalıyıq. “Qarabağ”la oyunda yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik.

– “Qarabağ”ın sizdən sonra Çempionlar Liqasında “Ayaks”la mühüm oyunu var. Bu, sizə hansısa üstünlük qazandıracaq?

– Düşünmürəm. “Qarabağ”ın yaxşı və geniş heyəti var. Həm burda, həm Çempionlar Liqasında yaxşı mübarizə aparırlar. Bəlkə, bizimlə oyun “Ayaks”a üstünlük qazandırar.

– Həm Liqada, həm Kubokda yola davam edirsiniz. Seçim şansınız olsaydı, liqada gümüş medalları, ya kubokda titul qazanmağı seçərdiniz?

– Hər ikisini qazanmaq əla olardı. Amma seçim etməli olsam, Premyer Liqada mükafatçılar arasında olmağı seçərdim.

– Ötən mövsüm ikinci oldunuz. Bu mövsümkü komanda ilə ötənilkini necə müqayisə edərdiniz?

– Hər il artırırıq. Düşünürəm ki, bu il daha yaxşıyıq və komandalar olaraq bütün komponentlərdə inkişaf etmişik.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
futbolpress.az

1Mənbələr