
Böyük Britaniyanın müdafiə üzrə dövlət naziri Vernon Koaker Ermənistana səfər edib.
Missiya.Az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilib ki, o, İrəvanda müdafiə ofisinin açılışında iştirak edəcək.
Böyük Britaniyanın Ermənistandakı səfirliyi qeyd edib ki, bu, Böyük Britaniyanın Ermənistanın təhlükəsizliyi və suverenliyinə uzunmüddətli sadiqliyini bir daha təsdiqləyir.
Xatırladaq ki, bundan öncə Koaker Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşüb.
Daşqın HəsənovMissiya.Az