
Ulusum.az xəbər verir ki, Bakıda keçirilən Türk Dövlətləri Təşkilatı əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasının iştirakçıları Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Ulu Öndərin xatirəsi ehtiramla yad olunub, məzarı önünə gül dəstələri qoyulub. Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub və üzərinə gül dəstələri düzülüb.
Daha sonra nümayəndə heyəti Zəfər parkına gələrək Zəfər abidəsinin önünə əklil qoyub, şəhidlərimizin xatirəsini dərin ehtiramla yad ediblər. Qonaqlar həmçinin Zəfər muzeyi ilə də tanış olublar.
R.Daşdəmirova
Diqqət Çəkənlər
Qaradağda dəhşətli yanğın: 4 nəfər həyatını itirdi - 4 nəfər öldü VİDEO
Beyləqanda İKT İşçilərinin Peşə Bayramı Qeyd Olundu
Qotur təhlükəsi: Səpgilər varsa, antibiotik yox – düzgün diaqnoz vacibdir!