AZ

QHT nümayəndəsi beynəlxalq gənclər platformasında Azərbaycana təmsilçilik edir

“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədr müavini Nədimə Rəhimli Qlobal Gənclər Talkshow-un bu həftəki sessiyasının qonağı olacaq.

QHT.az xəbər verir ki, sessiyanın əsas mövzusu qadınlara və qızlara qarşı zorakılıq əleyhinə 16 günlük Fəaliyyətin zehni sağlamlığa təsiri ilə bağlı olacaq.

Nədimə Rəhimli bildirib ki,  Qlobal Gənclər Talkshow-da iştirak etmək və Azərbaycan gənclərini təmsil etmək mənim üçün böyük şərəfdir:

"Bu sessiya BMT-nin Gender əsaslı zorakılğa qarşı 16 günlük fəaliyyəti çərçivəsində təşkil olunur. Bu sessiya isə gender əsaslı müxtəlif zorakılıq növlərinin zehni sağlamlığa təsiri məsələsinə həsr olunub. Belə ki, bu problem təkcə fiziki təhlükəsizliklə bağlı deyil, həm də qadın və qızların psixoloji rifahına, özünəinamına, sosial imkanlarına və gələcək perspektivlərinə ciddi təsir göstərən qlobal bir məsələdir".

 

Pərvanə Fərhadqızı

Seçilən
95
qht.az

1Mənbələr